Zelenskinin reytinqi Zalujnıdan iki dəfə aşağı düşüb

Ukrayna lideri Volodimir Zelenskinin reytinqi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnıdan iki dəfə aşağı olub...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.

Sorğunun nəticələrinə görə, Zelenskinin reytinqi 37%-ə düşüb. Zalujnının reytinqi isə 70%-ə yüksəlib.

Ali Radanın adının açıqlanmasını istəməyən deputatlarından biri "Economist" jurnalına deyib ki, Zelenski ilə Zalujnı arasındakı münaqişə Ukraynada sabitliyi poza bilər. "Economist"in Kiyevdəki mənbələri bu münaqişəni əks-hücumun uğursuzluğu kimi izah edirlər. Eyni zamanda, Kiyev Zalujnının cəbhədəki dalana dirənməsi ilə bağlı nəticələrinin ədalətli olduğunu başa düşür, lakin bunu açıq şəkildə etiraf edə bilmirlər.

Strana.ua yazır ki, bundan əvvəl Ukrayna lideri Volodimir Zelenskinin artıq ölkə sakinləri arasında ən yüksək etimad səviyyəsinə malik olmadığı bildirilib. Reytinq qrupunun sorğusuna əsasən, ukraynalıların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının lehinə seçim edib - respondentlərin 63 faizi hərbçiyə tam, 19 faizi isə daha çox etibar edir.

Araşdırmaya görə, Zelenskinin performansı daha aşağı olub: respondentlərin 39%-i dövlət başçısına tam etimad göstərdiyini, 33%-i isə daha ​​çox etibar variantını seçib. Zalujnının ümumi reytinqi 82%, Ukrayna liderinin isə 72% olub.

Poliqon.info