Kuba prezidenti İrana səfər edib

Bu Kuba liderinin 2001-ci ildən bəri İrana ilk səfəridir...

Kuba prezidenti Migel Dias-Kanel Tehrana rəsmi səfərə gəlib.

Poliqon İRNA-ya istinadən xəbər verir ki,İran prezidenti İbrahim Rəisi ilə Dias-Kanel arasında görüş Tehranın şimalındakı Saadabad mədəniyyət kompleksində başlayıb.

Kuba prezidenti Tehranda təkbətək danışıqlar aparmağı, iki tərəfin nümayəndə heyətlərinin birgə iclaslarında iştirak etməyi, bir sıra əməkdaşlıq sazişləri imzalamağı və birgə mətbuat brifinqində iştirak etməyi planlaşdırır.

Bu, Fidel Kastronun 2001-ci ildə İranaə səfərindən sonra Kuba liderinin İrana ilk səfəridir.

Təxminən altı ay əvvəl prezident Raisi Latın Amerikası regionuna səfəri zamanı Kubaya səfər edib.

Poliqon.info