Silah satışından əldə olunan gəlirlər azalıb

Analitiklər 2022-ci ildə silah satışından əldə edilən gəlirin azaldığını açıqlayıblar...

Ukraynadakı münaqişə səbəbindən istehsalın artmasına baxmayaraq, silah satışından əldə olunan gəlir 2022-ci ildə 2021-ci illə müqayisədə 3,5 faiz azalıb.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi (AP) Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hərbi-sənaye kompleksinin 100 ən yaxşı şirkətinin reytinqinə istinadən məlumat yayıb.

“Bir çox silah şirkətləri istehsalı yüksək intensivlikli müharibələrə uyğunlaşdırmaqda maneələrlə qarşılaşıb. Bununla belə, yeni müqavilələr imzalanıb, xüsusən də 2023-cü ildə və ondan sonrakı illərdə gəlirləri artıracağı gözlənilir”, deyə hərbi proqram xərcləri və müstəqil institut proqramının direktoru Lyusi Bero-Syudro qeyd edib.

100 şirkətin dərc olunmuş reytinqində qırx şirkət Amerikaya aiddir və ümumi satışların 51 faizini təşkil edir. Onların gəlirlərinin 7,9 faiz azalması, COVID-19 pandemiyasının davamlı təsiri kimi tədarük zənciri problemləri və işçi qüvvəsi çatışmazlığı ilə əlaqələndirilib. Bundan əlavə, qeyd edilir ki, Ukraynaya silah göndərmək üçün indiki sifarişlərdən əldə edilən gəlir yalnız iki-üç ildən sonra arta bilər.

Poliqon.info