Gerasimovun Ukrayna strategiyasının iki prisipi: Jukov taktikasının təkrarı...

Görünür, Valeri Gerasimov Jukovun uğurlarından narahatdır və onları hər cəhətdən öz üzərində sınamaq istəyir...
"Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı müharibə ilə bağlı hazırkı strategiyası açıq şəkildə aşağıdakı iki prinsipə əsaslanır: "Nə bahasına olursa-olsun hücum" və ya "Bir addım da geri çəkilmə!".

Poliqon xəbər verir ki, bunu hərbi-siyasi şərhçi Oleksandr Kovalenko deyib.

Onun fikrincə, bu prinsiplər Sovet marşalı Georgi Jukovun hərbi əməliyyatların aparılmasına maniakal yanaşmasını demək olar ki, tamamilə kopyalayır. Ekspert qeyd edib ki, ukraynalıların məqsədi rusları öz "qırğın oyununda" məğlub etməkdir.

"Sovet qəssabı insan həyatını dəyərləndirmədi və bu iki prinsip sayəsində öz məqsədlərinə nail oldu. Görünür, Valeri Gerasimov Jukovun uğurlarından narahatdır və onları hər cəhətdən öz üzərində sınamaq istəyir", deyə ekspert bildirib.

Poliqon.info