Vətəndaşlardan silah-sursat götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, üç ədəd qumbara, bir qumbara alışdırıcısı, bir patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə iki tüfəng aşkar edilərək götürülüb.

Poliqon.info