Con Bolton: ABŞ yardımını dayandırsa, Rusiya Ukraynaya qalib gələcək

Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, ABŞ Kiyevə yardımı dayandırsa, münaqişə Rusiyanın qələbəsi ilə başa çatacaq...

Poliqon xəbər verir ki, keçmiş məmur bu barədə The Hill nəşrinə danışıb.

Boltonun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müqayisədə daha ​​böyük ordusu mövcuddur və Kiyevin kənardan köməyə ehtiyacı var. Bolton qeyd edib ki, qarşıdurmada ABŞ ukraynalılara kömək etməsə, o zaman qalib Rusiya olacaq.

"Düşünürəm ki, Nümayəndələr Palatasında və Senatda olan insanlar Co Baydenə daha çox təzyiq göstərməlidirlər ki, Ukrayna ilə qalibiyyət strategiyası inkişaf etdirsinlər. Bu, təkcə Ukraynanın uduzmasının qarşısını almaq deyil, həm də Ukraynanın necə qalib gələcəyini anlamaq üçün lazımdır", deyə Bolton bildirib.

O, ukraynalıların Amerikanın dəstəyini itirə biləcəyindən narahat olduqlarını irəli sürərək, Kiyevə əlavə yardım göstərməyə çağırıb.

"Düşünürəm ki, biz Rusiyanın diplomatik hücumundan çox narahat olmalıyıq... Bu, hər an baş verə bilər, ona görə də buna hazır olmalıyıq", deyə o bildirib.

Poliqon.info