Pakistanda silahlı hücum nəticəsində azı 11 nəfər ölüb

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hadisə dekabrın 2-də Çilas şəhəri ərazisində baş verib:

“Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub. Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var”.

Bildirilir ki, ölkədə fəaliyyət göstərən terror qruplarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Poliqon info