Pentaqon rəhbəri: Rusiyanın Ukraynaya təcavüzü onilliklər ərzində qlobal təhlükəsizliyi müəyyən edəcək

APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin brifinq zamanı deyib.

Ostinin sözlərinə görə, Rusiya ordusu təkcə Ukrayna qoşunları sayəsində deyil, həm də ABŞ rəhbərliyinin işinin nəticələri sayəsində zəifləyib.

“İlk növbədə, bu, inanılmaz dərəcədə cəsur Ukrayna qoşunlarının sayəsindədir. Lakin Ukraynanın nailiyyətləri həm də ikipartiyalı ABŞ rəhbərliyinin və bizim qurduğumuz 50-yə yaxın ölkənin koalisiyasının nəticəsidir”, deyə Ostin bildirib.

Poliqon.info