“Kanal 13” internet televiziyasının aparıcısı həbs edilib....

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə həbs edilib....

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub.

Qeyd edək ki, Rüfət Muradlı həm də Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvüdür.

Poliqon.info