ABŞ-də Olimpiya çempionu Kapitoliyə hücuma görə cəza aldı – Foto

Üzgüçülük üzrə ikiqat olimpiya çempionu, amerikalı Klit Keller ABŞ-dəki Kapitoliyə (ABŞ Konqres Binası nəzərdə tutulur) hücumla bağlı iğtişaşlarında iştirak etməkdə təqsirli bilinib...

Poliqon xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, idmançı binaya hücum etdiyi üçün 3 il şərti cəza alıb. O, həmçinin 6 ay ev dustaqlığı və 360 saat ictimai işlər cəzasına məhkum edilib.

Keller 13 yanvar 2021-ci ildə Kapitoliyə hücum edənlər arasında müşahidə edilib. Ancaq Kellerin heç bir aqressivlik nümayiş etdirmədiyi bildirilib.

Qeyd edək ki, ABŞ-də Kapitoli binasına hücum yanvarın 6-da sabiq prezident Donald Tramp tərəfdarlarının mitinqi zamanı baş verib. Mitinqlər polislə toqquşmaya səbəb olub.

Xatırladaq ki, Keller ikiqat Olimpiya çempionu olmaqla yanaşı, eyni zamanda ikiqat dünya çempionudur. (Yeniavaz.com)

Poliqon.info