Qəzzada münaqişə başlayandan ölənlərin sayı 15 mini keçib

Oktyabrın 7-də İsraillə münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ölənlərin sayı 15 mini ötüb.

Yeniavaz.com xəbər verir ki, bunu Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi “Əl-Cəzirə” telekanalında bildirib.

“İsrail təcavüzü başlayandan bu yana qurbanların sayı 15 207 nəfərə çatıb. Onun sözlərinə görə, yaralıların sayı 40 652 nəfər təşkil edib.

Poliqon.info