Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son dörd ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.

Poliqon.info