Bank işçisinin intiharı ilə bağlı cinayət işi açıldı

Daxili İşlər Nazirliyi Salyanda bank işçisinin intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə oktyabrın 1-də saat 13 radələrində Salyan şəhərində yerləşən Kapital Bankın həyətində qeydə alınıb. Orada inkassator-sürücü işləyən Telman İsgəndərov xidməti tapançadan atəş açaraq özünü yaralayıb. Xəstəxanaya yerləşdirilmiş T.İsgəndərov ölüb. Hadisə yerindən “TT” markalı tapança götürülüb.Faktla bağlı cinayət işi başlanıb.