Almaniyada uşaqlar arasında kəskin respirator xəstəliklər artıb

Almaniyada uşaqlar arasında kəskin respirator xəstəliklərə, xüsusən atipik pnevmoniyaya səbəb ola bilən “Mycoplasma pneumoniae” bakteriyasına yoluxma hallarının artması qeydə alınıb...

“Report”un məlumatına görə, bu barədə "Focus" jurnalı öz saytında həkimlərin məlumatlarına istinadən, lakin heç bir statistikaya istinad etmədən məlumat yayıb.

Xüsusilə, məqalədə Hamburqda bir qədər ağır hallardan bəhs edilib. Sözügedən kəskin respirator infeksiyalar 16 yaşa qədər uşaqlarda və yeniyetmələrdə qeydə alınıb.

Almaniyalı virusoloq Kristof Spekt qeyd edib ki, “Mycoplasma pneumoniae” bakteriyası ilə yoluxma ən çox uşaqlarda kəskin respirator infeksiyalara səbəb olur. Onun sözlərinə görə, pandemiya zamanı sosial təmasların azalması səbəbindən yoluxmaların sayında eniş müşahidə olunmuşdu:

“Koronavirusla mübarizə tədbirlərinin ləğvi yoluxma hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər”.

Poliqon.info