İspaniya iqlim fonduna 20 milyon avro ayıracaq

İspaniya hökuməti iqlim fonduna 20 milyon avro ayırmaq niyyətindədir...

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqına sədrlik edən İspaniyanın Baş naziri Pedro Sançes Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) zamanı bildirib.

“Bu gün itkilərin və zərərin ödənilməsi üçün fonda 20 milyon avro məbləğində yeni ianə ayıracağımızı elan etmək istərdim” – nazir deyib.

O, həmçinin meşələrin qırılmasının, o cümlədən Amazan regionunda meşələrin məhv edilməsinin təcili olaraq qarşısının alınmasının vacibliyini də vurğulayıb. “Bu əsnada biz bu il Amazon regionu ilə bağlı dayanıqlı və sosial cəhətdən məsuliyyətli layihə üçün 2 milyon avro ayıracağıq”, - Baş nazir söyləyib.

Poliqon.info