İsrail və HƏMAS arasında danışıqların davam edir

Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında sülh danışıqlarının davam etdiyini təsdiqləyib...

İsrail və Fələstinin HƏMAS radikal qruplaşması Qəzza zolağında humanitar atəşkəsi bərpa etmək üçün danışıqları davam etdirir.

Poliqon xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində səhifəsində məlumat verilib.

"Xarici İşlər Nazirliyi təsdiq edir ki, Fələstin və İsrail tərəfləri arasında atəşkəsin bərpası məqsədilə danışıqlar davam edir", deyə departamentdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail və HƏMAS-ın atəşkəsi daha bir gün uzatmaq barədə razılığa gəldiyi məlum olub. Bununla belə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edib və HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib. ABŞ isə öz növbəsində anklavda daimi atəşkəs ideyasını dəstəkləmir.

Poliqon.info