Lavrov Borrell və Blinkeni “qorxaq” adlandırıb

Lavrov: Blinken və Borrell sadəcə qorxaqdırlar, əllərində faktlarla danışmaqdan qorxurlar...

Avropa diplomatiyasının rəhbəri Josep Borrell və ABŞ Dövlət Katibi Entoni Blinken sadəcə olaraq əllərində faktlarla hər hansı söhbətdən qorxan qorxaqlardır.

Poliqon xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Yəqin ki, onlar bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğuladıqlarına inanırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərində faktlarla hər hansı səmimi söhbətdən qorxurlar”, deyə Rusiya diplomatiyasının rəhbəri bildirib.

Poliqon.info