Ermənistanın yüksək texnologiyalar naziri işdən çıxarılır

Ermənistanın yüksək texnoloji sənaye naziri Robert Xaçatryan tutduğu vəzifədən azad ediləcək...

Poliqon "Hraparak" qəzetinə istinadən xəbər verir ki, onu keçmiş diaspor naziri, "Mənim addımım" Fondunun rəhbəri Mxitar Ayrapetyan əvəz edə bilər.

Qeyd olunur ki, son vaxtlar Xaçatryan qalmaqallı hadisələrlə tez-tez diqqət mərkəzində olub. O cümlədən, bu günlərdə məlum olub ki, nazirlik fəaliyyətini dayandıran bir sıra şirkətlərə böyük qrantlar verib.

Xaçatryan prezident Vaaqn Xaçaturyanın vasitəçiliyi ilə nazir təyin edilib və faktiki olaraq bu vəzifədə onu əvəzləyib. Nəşr yazır ki, bir neçə ay əvvəl hakimiyyətin Xaçatryanı prezident aparatına köçürmək niyyəti barədə söhbətlər gedirdi.

Qeyd edək ki, Robert Xaçatryan 2022-ci il aprelin 27-də nazir postuna təyin edilib. Ondan əvvəl bu vəzifəni bir neçə ay (2021-ci ilin avqustundan 2022-ci ilin martına qədər) Ermənistanın hazırkı prezidenti Vaaqn Xaçaturyan tutub. Xaçatryanın özü o zaman nazir müavini vəzifəsini icra edib.

Poliqon.info