Paşinyan Ermənistanın milli aviadaşıyıcısının fəaliyyətini dayandırmasını istəyir

Ermənistanın milli aviadaşıyıcısı "Fly Arna" ölkədən uçuşları dayandıra bilər...

Poliqon xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazıb.

Yekun qərarın dekabrın 2-4-də veriləcəyi qeyd edilir.

Qəzetin yazdığına görə, şirkətin ciddi təşkilati və maliyyə problemləri var. İlkin olaraq şirkətə David Papazyan rəhbərlik edirdi. Nəşrin yazdığına görə, o, müvafiq peşəkar bacarıqları olmayan vətəndaşları yüksək maaşlı işlə təmin edib.

Şirkətin səhmdarı Ermənistanın Milli Maraq Fondu (ANİF, dövlət-özəl investisiya fondu) olduğundan, Dövlət Nəzarəti Xidməti yoxlama aparıb, qanun pozuntularını müəyyən edib və Ermənistanın baş naziri Nikol Paşinyana təqdim edib.

"Məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb. Paşinyan hesab edir ki, şirkət uçuşları dayandırsa, daha yaxşı olar", deyə nəşr yazır.

"Joqovurd" xatırladır ki, vaxtilə bu reyslərin açılması ideyasını ANİF-in o vaxtkı direktorlar şurasının üzvü, indi İrəvanın meri Tiqran Avinyan dəstəkləmişdi.

Xatırladaq ki, 2022-ci il iyulun 14-də "Air Arabia" ilə Ermənistanın Milli Maraq Fondu (ANİF, dövlət-özəl investisiya fondu) milli aviadaşıyıcının yaradılması haqqında saziş imzalayıb. Aviaşirkət Zvartnots Beynəlxalq Hava Limanında yerləşir.

Poliqon.info