Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - Fotolar

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İlqar Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiynə həsr olunmuş tədbir keçirilib.

Poliqon.info xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İlqar Əbülhəsənov adına 42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bu il xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyanın ən parlaq məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin olunması idi. Qeyd olundu ki, Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət istərsə də ziyalılıq möhtərəm Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçmişdir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Sonda məktəbin şagirdlərinin ifalarında hazırlanmış kompazisiyalar, şerlər və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

##galery##

Poliqon.info