Almaniyanın müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 2%-ni keçəcək

NATO Müqaviləsi ölkənin ÜDM-nin iki faizi həcmində müdafiə xərclərini nəzərdə tutur...

2024-cü ildə Almaniyanın müdafiə xərcləri ÜDM-in iki faizini keçəcək.

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Berlin Təhlükəsizlik Konfransında bildirib.

Qeyd edək ki, NATO Müqaviləsi üzv ölkələrin ÜDM-nin iki faizi həcmində müdafiə xərclərini nəzərdə tutur. Sabiq ABŞ prezidenti Donald Tramp öz dönəmində dəfələrlə Şimali Atlantika Alyansındakı tərəfdaşları, o cümlədən Almaniyanı bu şərti yerinə yetirməyə çağırmışdı.

Poliqon.info