Yaponiya Şimali Koreyaya görə azərbaycanlıya sanksiya tətbiq edib

Yaponiya Şimali Koreyanın yüni raket proqramına görə dörd nəfərə və dörd quruma qarşı sanksiya tətbiq edib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi KXDR-in nüvə və raket proqramlarında və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilən digər fəaliyyətlərdə iştirak etdiyi qurumlara və şəxslərə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Sanksiya siyahısına Moskvada yerləşən “Intellekt LCC” şirkəti də daxil olmaqla dörd təşkilat və dörd fiziki şəxs daxil edilib. Digər şirkətlər isə Slovakiya, Çin və KXDR-də yerləşir. Siyahıda həmçinin Slovakiya vətəndaşlığı olan Azərbaycan əsilli bir rusiyalı, həmçinin Rusiya, Çin və Belarusiyada yaşayan KXDR vətəndaşları olub.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, Yaponiya peykin buraxılmasına cavab olaraq ABŞ, Cənubi Koreya və Avstraliya ilə birlikdə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Qeyd edək ki, noyabrın 22-də Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) “Mulligen-1” kəşfiyyat peykinin buraxılışından fotoları dərc edib. Daha sonra Şimali Koreya peykinAğ Evin və Pentaqonun şəkillərini çəkə bildiyini açıqlayıb.

Poliqon.info