Pentaqon: ABŞ-ın Ukraynaya silah tədarük etmək üçün vəsaiti tükənir

Birləşmiş Ştatlar Ukraynaya ilkin təsdiq edilmiş hərbi büdcə çərçivəsində silah tədarükünü davam etdirir. Lakin bu vəsaitlər artıq tükənmək üzrədir...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Biz Ukrayna üçün əlimizdən gələni edirik və mövcud prezident büdcəsinin qalan hissəsi ilə Ukraynaya yardımı təmin etməyə davam edirik. Lakin vəsaitlərimiz tükənmək üzrədir”, deyə Sinq brifinqdə bildirib.

Xanım Sinq qeyd edib ki, hakimiyyət Konqresdən prezident Co Baydenin yaxın həftələrdə Ukraynaya əlavə yardım tələbini təsdiqləyəcəyinə ümid edir.

Qeyd edək ki, Ukrayna, İsrail və Tayvana yardımın maliyyələşdirilməsi məsələlərinə noyabrın 17-də təsdiqlənmiş ABŞ-ın müvəqqəti büdcəsindən ayrıca baxılır. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar ayırmağı təklif edib ki, bunun da 61 milyard dollarından çoxu Kiyevə veriləcək.

Poliqon.info