Bu rayonlarda su olmayacaq

Bakının Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq...

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Məhdudiyyətlər su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-u saat 20:00-dan dekabrın 1-i səhər saatlarına qədər olacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Poliqon.info