Azərbaycanda dini ədəbiyyatlar nəşr ediləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini maarifləndirmə işinin aparılması məqsədilə ədəbiyyatların nəşri ilə bağlı tender elan edib
Bu haqda informasiyanı Satınalmalar üzrə Dövlət Agentliyi Trend-ə bildirib.Maraqlanan təşkilatlar (070) 220-63-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər oktyabrın 3-ü, saat 17-dək qəbul olunur.DQİDK-nın mətbuat xidmətindən bildirilib ki, ölkədə dini maarifləndirmə işinin aparılması məqsədilə artıq bir sıra ədəbiyyatlar nəşr edilib və bu işlər bundan sonra daha da intensivləşdiriləcək.