Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan 40-50 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Fakt araşdırılır.

Poliqon.info