Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib.

Poliqon xəbər verir ki, C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

İclasda çoxtərəflilik böhranı fonunda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin və ikili standartlara yol verilməməsinin vacibliyi bir daha təsdiqlənib.

Poliqon.info