“Məktəbdə qızılcaya yoluxma halları çoxdur, lakin gizlədilir” - İddia + Video

Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin dördüncü sinif şagirdi qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

Baku TV-nin əməkdaşı sözügedən məktəbdə olub.

Şagirdlərin sözlərinə görə, məktəbdə qızılcaya yoluxma halları çoxdur, lakin gizlədilir:

“Laçın müəllim tapşırıb ki, yoluxma barədə heç kimə deməyin”.

Daha ətraflı Baku TV-nin reportajında:  

Poliqon.info