Biləsuvar sakini hündürlükdən yıxılaraq ölüb 

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info