ABŞ Konqresinin nüfuz reytinqi ən aşağı səviyyədədir

Amerikalıların əksəriyyəti ABŞ Konqresinə etibar etmir və ölkənin “yanlış istiqamətdə getdiyinə” inanır...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı araşdırmaya əsasən məlumat yayıb. Telekanal qeyd edir ki, 2023-cü il sorğusu ABŞ Konqresinin nüfuz reytinqinin bütün zamanların ən aşağı səviyyədə olduğunu göstərdi.

Sorğuya görə, amerikalıların yalnız 5 faizi Konqresə güclü etimad göstərib, respondentlərin 25 faizi ABŞ-ın düzgün istiqamətdə getdiyini bildirib, 70 faizi isə Konqresin yürütdüyü siyasəti yanlış qiymətləndirib.

Fox News vurğlayıb ki, bu göstəricilər amerikalılar arasında ABŞ-ın qanunverici orqanına inamsızlığının əhəmiyyətli dərəcədə artdığını əks etdirir. 2018-ci illə müqayisədə Konqresin fəaliyyətinə mənfi münasibət bəsləyənlərin sayı 27 faiz artıb, qanunvericilərə sadiq vətəndaşların sayı isə kritik səviyyədə, 34 faiz azalıb.

Həmçinin sorğuya əsasən, amerikalıların əksəriyyəti ölkəyə adi hərbi hücum təhlükəsindən (62 faiz), həmçinin kiberhücum təhlükəsindən (85 faiz) narahatdır.

Poliqon.info