Almaniya prezidenti yarım saat Qətər xarici işlər nazirini təyyarənin qapısında gözləyib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qətərə gəldikdən sonra təyyarədə yarım saat rəsmilərin onu qarşılamağa gəlməsini gözləyib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Ştaynmayer əmir Şeyx Təmim Əl Tani ilə görüşmək üçün Qətərə uçub. Qətər əmiri Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar aparan şəxs kimi çıxış edir və girovların azad edilməsinə yardım edir.

Enişdən sonra alman nümayəndə heyəti yavaş-yavaş təyyarəni tərk edib, lakin Almaniya prezidenti enməmək qərarına gəlib və rəsmiləri gözləməyə davam edib.

Nəşrin məlumatına görə, Qətər tərəfi Ştaynmayerin təkbaşına təyyarədən enərək hava limanına gedəcəyini və Əl Tani ilə görüşdən əvvəl orada vaxt keçirəcəyini güman edib.

Poliqon.info