MAQATE İranla nüvə sazişi üzrə dialoqu bərpa etməyə çağırıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi beynəlxalq ictimaiyyəti İranla dialoqa qayıtmağa və onun nüvə ambisiyalarını nəzərə almağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Qrossi Financial Times nəşrinə müsahibəsində bildirib.

"İranla dialoq sistemini bərpa etmək lazımdır. İnsanlar İranın nüvə ambisiyalarına fikir verməyə bilər, lakin problem mövcuddur", deyə Qrossi bildirib.

MAQATE rəhbərinin sözlərinə görə, İran tərəfi ilə söhbətə qayıtmaq lazımdır, çünki İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyət çox qeyri-müəyyəndir.

2023-cü ilin oktyabrında Avropa İttifaqı ABŞ, Fransa, İran, Çin, Almaniya, Böyük Britaniya və Rusiyanın iştirakı ilə 2015-ci ildə qəbul edilmiş İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi kimi tanınan JCPOA) çərçivəsində həyata keçirilməli olduğu üçün İrana qarşı sanksiyaları ləğv etməkdən imtina edib.

Birləşmiş Ştatlar 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmış və İrana qarşı sanksiyaları bərpa etmiş, İran isə nüvə tədqiqatlarına qoyulan məhdudiyyətlərdən əl çəkəcəyini bildirmişdi. O vaxtdan bəri müqaviləni yeniləmək cəhdləri uğursuzluğa düçar olub.

Poliqon.info