İsrail və ABŞ minlərlə HƏMAS yaraqlısını Qəzza zolağından çıxarmağa hazırlaşır

ABŞ və İsrail rəsmiləri münaqişənin həllini sürətləndirmək üçün Qəzza zolağından Fələstinin radikal HƏMAS hərəkatından minlərlə yaraqlısının çıxarılması ideyasını müzakirə edirlər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, bu ideya münaqişə bitdikdən sonra Qəzza zolağına kimin rəhbərlik edəcəyi və oktyabrın 7-də baş verən hadisənin təkrarlanmasının qarşısının alınması üçün nələrin edilməsi lazım olduğuna dair danışıqların tərkib hissəsi kimi nəzərdən keçirilir. Xüsusilə, İsrailin hərbi beyin mərkəzi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi anklavda yeni hökumət tərəfindən idarə olunacaq "HƏMAS-dan azad təhlükəsiz zonalar" yaradılmasını təklif edib.

Qəzza zolağının tezliklə bərpa olunması üçün HƏMAS yaraqlılarının və onların ailələrinin geri çəkilməsi məsələsi də müzakirə olunur.

WSJ-nin məlumatına görə, HƏMAS və İsrail arasında baş verən münaqişədə müvəqqəti fasilə olmasına baxmayaraq, hələ də fundamental məsələlərdə razılıq əldə olunmayıb. Məsələn, ABŞ, İsrail və ərəb ölkələri münaqişə bitdikdən sonra Fələstin anklavını kimin idarə etməli, təhlükəsizliyini kim təmin etməli olduğuna qərar verməyiblər. Vaşinqton və Təl-Əviv Fələstin Milli Administrasiyasının Qəzzada hansı rolu oynaması ilə bağlı fikir ayrılığı var.

Poliqon.info