ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib

Yenilənmiş siyahıya İrandan olan vətəndaşlar və təşkilatlar terrorizmlə əlaqəsi, Şimali Koreyalılar isə kiber təhlükə səbəbindən daxil edilib...

Poliqon xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Qeyd edək ki, noyabrın 28-də respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır. Onun sözlərinə görə, təkcə son bir ay ərzində Tehran regionda 70-ə yaxın Amerika mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.

Bir neçə həftə əvvəl isə KXDR Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkeni Koreya yarımadasında münaqişəni qızışdırmaqda ittiham edib.

Poliqon.info