İlon Mask 2024-cü ildə Co Baydenə səs verməyəcək

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı prezidenti, Demokratlar Partiyasının nümayəndəsi Co Baydenə səs vermək niyyətində olmadığını bildirib...

Poliqon xəbər verir ki,milyarder keçmiş prezident, respublikaçı Donald Trampa səs verib-verməyəcəyini dəqiqləşdirməyib.

“Düşünmürəm ki, Baydenə səs verəcəm. Trampa səs verib-verməyəcəyimi hələ bilmirəm və deyə bilmərəm. Bu, həqiqətən çətin seçim olacaq”, deyə iş adamı Amerikanın The New York Times qəzetinin təşkil etdiyi tədbirdə deyib.

Mask xatırladıb ki, 2020-ci il seçkilərində o, Co Baydenə səs verib, lakin bu dəfə onun qərarı “tamamilə fərqli olacaq.

The New York Times qəzetinin Siena Kolleci ilə birlikdə keçirdiyi sorğuya əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda altı əsas ştatdan beşində 4% ilə 11% arasında fərqlə Co Baydendən əhəmiyyətli dərəcədə üstündür. Seçicilərin böyük əksəriyyəti həyat keyfiyyətinin pisləşdiyini, 60%-i isə bütövlükdə ölkənin yanlış istiqamətdə getdiyini qeyd edib.

Poliqon.info