Mingəçevirdəki zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur - Yenilənib

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub...

Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

***

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

***

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumata görə, yeraltı təkanlar Gəncə və Yevlaxda hiss edilib.

Yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.

***

Azərbaycanda zəlzələ olub.

“Report” xəbər verir ki, zəlzələ Qərb rayonlarında hiss edilib.

Ətraflı məlumat veriləcək.

Poliqon.info