10 ayda Bakıda 26.7 mlrd. manatlıq məhsul satılıb

2023-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1% artaraq 26776,2 milyon manat olub...

Poliqon Bakı Şəhər Statistika idarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 11188,9 milyon manata bərabər olub.

Qeyd edək ki, istehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Poliqon.info