Azərbaycanda bu il nə qədər spirtli içki istehsal olunub?

2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə istehsal olunan spirtli içkinin həcmi açıqlanıb.

Rəsmi statistikadan görünür ki, ölkədə ən çox istehsal olunan spirtli içki araqdır. Sonrakı yerdə pivə gəlir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, bu ilin 9 ayında 229,1 min dekalitr viski və konyak istehsal olunub.  

Üzüm şərabının istehsalı isə 988 min dekalitr təşkil edib.

Bu ilin 9 ayında ölkədə 1 milyon 37,6 min dekalitr araq istehsal olunub.

Pivə istehsalı isə 4 milyon 679 min dekalitr təşkil edib.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 254,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.    

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Poliqon.info