Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası keçiriləcək

Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.

Poliqon.info