Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri ilə danışıqlar aparacaq...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

İclasda rusiyalı diplomatla yanaşı, Azərbaycan (Ceyhun Bayramov), İran (Hüseyn Əmir Abdollahian), Qazaxıstan (Murat Nurtleu), Türkmənistan (Rəşid Meredov) iştirak edəcək.

Zaxarova əlavə edib ki, Nazirlər Şurasının iclası çərçivəsində Lavrov və onun həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.

Rusiya XİN-nin sözçüsü başqa təfərrüatları açıqlamayıb.

Poliqon.info