Köşk səkini zəbt etdi: Vətəndaşlar keçməyə yol tapmırlar - Foto

Azərbaycan prospektində köşk səkini zəbt edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Nəticədə vətəndaşlar oradakı dayanacağın arxası ilə hərəkət etməyə məcbur olurlar. Orada isə başqa maneə var - zibil qutusu.

Qeyd edək ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların səkiləri zəbt etməsi halları artıb.

 Belə ki, ticarətçilər satdıqları malları səkinin üzərinə qoyurlar. Nəticədə piyadalar əziyyət çəkirlər.

##galery##

Poliqon.info