Rəisinin Türkiyə səfəri BMT-nin iclasına görə təxirə salınıb

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb...

Poliqon xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Prezident Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq, İran və Türkiyə xarici işlər nazirlərinin dəvət aldığı iclası səbəbindən təxirə salınıb. Telefon danışığı zamanı iki ölkə prezidentləri planlaşdırılan səfərin bir neçə gün ərzində baş tutacağı və bu səfər zamanı tərəflərin Təhlükəsizlik Şurasının iclasının nəticələrini müzakirə edəcəyi barədə razılığa gəliblər”, deyə Abdullahiyan bildirib.

Çərşənbə axşamı Türkiyə prezident administrasiyasındakı mənbə İran prezidenti İbrahim Rəisinin noyabrın 28-də Ankaraya planlaşdırılan səfərinin təxirə salındığını bildirib.​Poliqon.info