Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir - Yenilənib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən "Nüsret-2023" beynəlxalq təlimində iştirak edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.

***

Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsret-2023” beynəlxalq hərbi təlimi keçirilir.

Poliqon.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.

Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Poliqon.info