ABŞ İsrailə fələstinlilərlə bağlı şərt qoyub: Cənubdakı əməliyyat dəstəklənməyəcək...

ABŞ hakimiyyəti anklavda didərgin düşmüş fələstinlilərlə bağlı cavab verənə qədər İsrailin Qəzza zolağının cənubundakı hərbi əməliyyatını dəstəkləməyəcək...

Poliqon xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz öz siyasətimizi çox aydın göstərmişik. Biz əhalinin (Fələstin əhalisi-red.) Qəzza zolağından kənarda hərəkətini dəstəkləmirik. Baxın, bu insanların çoxu getmək istəmir. Bura onların evidir. Artıq dediyimiz kimi, israillilər Qəzza zolağında bütün məcburi köçkünləri nəzərə aldıqlarını sübut etməyənə qədər biz cənubdakı əməliyyatları dəstəkləmirik”, deyə Con Kirbi bildirib.

MTŞ koordinatorunun sözlərinə görə, Amerika rəsmiləri İsrail hərbçilərinin şimal hissəndə əməliyyatı yekunlaşıdırıb Qəzza zolağının cənubuna doğru hərəkət etmək niyyətində olduqlarını öyrəndikdən sonra öz mövqelərini İsrail hakimiyyətinə çatdırıblar:

“Biz fələstinlilərin Qəzzadan kənara köçürülməsini dəstəkləməməkdə çox ardıcıl olmuşuq. Və onlar Qəzza daxilində məskunlaşdırıldıqları üçün israillilərin bütün əməliyyatlarda onlarla bağlı hesabat verməsini istəyirik”.

İsrail ilə Fələstinin HƏSAM hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində ölənlərin sayı 1,4 min, Fələstin isə 15 mindən çox qurbanın olduğunu bildirib.

Noyabrın 22-də tərəflər humanitar yardımın çatdırılmasını və girovların İsrailə təhvil verilməsi müqabilində fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutan müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Noyabrın 27-də atəşkəs rejimi iki gün uzadılıb. Dünən, noyabrın 28-də İsrail ordusu HƏMAS-ın İsrail hərbçilərinə atəş açaraq şərtləri pozduğunu bildirib.

Poliqon.info