İsrail hakimiyyəti Qəzza zolağında humanitar fasiləni uzatmağa hazırdır

İsrail hakimiyyəti Həmas-a girovların qaytarılması prosesini genişləndirməyi və əsirlikdə olan kişilərin də siyahılara daxil etməyi təklif edirlər...

Poliqon xəvbər verir ki, The Washington Post (WP) qəzeti İsrail rəsmilərinin Qəzza zolağında müvəqqəti atəşkəsi daha iki-üç gün uzatmağa hazır olduğunu yazır. Nəşrin yazdığına görə, İsrail hakimiyyəti bu müddət ərzində Fələstinin Həmas hərəkatının əlində olan girovların böyük əksəriyyətinin azad edilməsinə nail olmağı gözləyir.

İsrail hökumətinin yüksək rütbəli rəsmilərindən biri anonimlik şərti ilə qəzetə deyib: “Biz gözləyirik ki, sabahdan sonra girovların daha iki və ya üç günlük azadlığa buraxılması üçün humanitar fasilə olacaq, bundan sonra biz ya Qəzzada əməliyyatları davam etdirəcəyik, ya da ola bilsin ki, əlavə razılaşmalar əldə olunacaq”.

WP-nin məlumatına görə, həmçinin İsrail hakimiyyəti Həmas-a girovların qaytarılması prosesini genişləndirməyi və əsirlikdə olan kişilərin də siyahılara daxil etməyi təklif edirlər (hərəkət hazırda yalnız uşaq və qadınları azad edir), lakin tərəflər hələlik bu barədə razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Qəzza zolağında girovların azad edilməsi müqabilində atəşkəs razılaşması noyabrın 24-dən qüvvəyə minməyə başlayıb. Bu razılaşmanın qüvvəsi noyabrın 27-də başa çatmalı idi, lakin Qətər və Misir hakimiyyətinin vasitəçiliyi ilə razılaşmalar iki gün uzadılıb. Bu müddət ərzində beş qrup girov azad edilərək İsrailə qaytarılıb və bunun müqabilində İsrail hakimiyyəti ölkədəki həbsxanalardan fələstinli məhbusu azad edib.

Poliqon.info