Fars körfəzində İran PUA-sı ABŞ təyyarədaşıyan gəmisinin yanında uçub

İrana məxsus pilotsuz uçan aparat Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə mühərrikli təyyarədaşıyan “Duayt Eyzenhauer”in yaxınlığından uçub...

Poliqon xəbər verir ki. belə bir iddia ilə Amerikanın Fox News kanalı çıxış edib. Xəbərə görə, İran pilotsuz təyyarəsi beynəlxalq sularda olarkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yanından keçib və piotsuz uçan aparat operatoru çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb.

Kanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri İran hərbçilərinin hərəkətlərini “qeyri-peşəkar və qəbuledilməz” adlandırıb.

ABŞ-ın 34-cü prezidentinin adını daşıyan Amerikanın nüvə enerjili təyyarədaşıyan gəmisi “Duayt Eyzenhauer” 2 noyabr 2023-cü ildə zərbə qrupu ilə birlikdə Yaxın Şərqə gəlib.

Ağ Evin məlumatına görə, bu təyyarədaşıyan gəminin Fars körfəzinə gəlişi əvvəlcədən planlaşdırılıb və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə “vaxtında üst-üstə düşüb”. Bununla belə, Amerika administrasiyasından qeyd ediblər ki, təyyarədaşıyan gəminin “regionda vəziyyəti sabitləşdirmək üçün” istifadə edilməsi planlaşdırılır.

Poliqon.info