Tayvan ordusundakı Çin casus şəbəkəsi ifşa edilib

Tayvan məhkəməsində on hərbçi Çinə casusluqda ittiham edilir...

Tayvan məhkəməsi aktiv və istefada olan hərbçilər də daxil olmaqla on nəfəri Çinin xeyrinə casusluqda ittiham edib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Adanın baş prokuroru bildirib ki, üç müttəhim dövlət sirlərini toplamaq üçün hərbi personalı cəlb edən casus şəbəkəsi yaradıblar.

İttihamda qeyd edilir ki, hərbi xidmətdə olan iki əsgərə Çin Xalq Azadlıq Ordusuna təslim olacaqlarını bildirdikləri videoçarx hazırlamaq üçün pul ödənilib. Çinin bu videodan psixoloji müharibə üçün istifadə etmək niyyətində olduğu güman edilir.

Tayvanın müdafiə nazirliyi və milli təhlükəsizlik şöbəsi Pekinin Tayvanla bağlı kəşfiyyat məlumat toplama səylərini “yayğın” olaraq dəyərləndirib.

Poliqon.info