Sunak Parfenon heykəlləri ilə bağlı açıqlamaya görə yunan həmkarı görüşü ləğv edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakislə görüşünü ləğv edib...

Poliqon xəbər verir ki, The Guardian bu barədə hakim Mühafizəkarlar Partiyasındakı mənbələrə istinadən yazıb. Buna səbəb Yunanıstan Baş nazirinin Britaniya Muzeyində saxlanılan Parfenon heykəllərinin sahibliyi ilə bağlı söylədiyi fikirlər səbəb olub.

Yunanıstanın Baş naziri bundan əvvəl jurnalistlərə bildirib ki, hazırda Britaniya Muzeyində olan Parfenon heykəlləri oğurlanıb və onların sahibliyi məsələsi qaldırılmır, məsələ onların Afinadakı heykəllərlə yenidən birləşməsindən gedir.

“Lord Elginin gətirdiyi mərmərlə bağlı şərhlərdən sonra görüş qeyri-mümkün oldu. Bizim dəqiq mövqeyimiz var: bu mərmər Britaniya Muzeyinin daimi kolleksiyasının bir hissəsidir və burada olmalıdır”, deyə nəşr mənbədən sitat gətirir.

1799-1803-cü illərdə Konstantinopoldakı İngilis elçisi Lord Elgin Britaniya Muzeyi tərəfindən satın alınan çoxlu sayda qədim yunan sənət əsərini yığışdırıb. Kolleksiyaya Afina Parfenonun pediment heykəlləri və metopları, Erexteyonun karyatidləri, Dionisin heykəli və bir çox başqa nadir əsərlər daxildir.

Poliqon.info