NATO-nun Baş katibi: Avropada terror təhlükəsini realdır...

NATO-nun Baş katibi Yens Stoltenberq Avropada terror təhlükəsini real olaraq dəyərləndirib...

Poliqon xəbər verir ki, NATO-nin Baş katibi bu barədə İtaliyanın Tg2 telekanalına müsahibəsində bildirib.

“Biz NATO ölkələrinə hərbi hücum təhlükəsi görmürük. Ancaq daimi bir təhlükə var - terror hücumları təhlükəsi. Avropada terror təhlükəsi realdır. Biz Yaxın Şərq və Şimali Afrika, İordaniya, Tunisdəki tərəfdaşlarımızla işləyirik, onlara sərhədlərinə daha yaxşı nəzarət etməkdə və məlumat mübadiləsində kömək edirik”, deyə Stoltenberq qeyd edib.

Yaxın Şərqdəki vəziyyəti şərh edən Baş katib bildirib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması girovları azad etməyə və əhaliyə yardım çatdırmağa imkan verib.

“Fasilin uzadılmasına çağırıram, çünki bu, Qəzza xalqına bir az möhlət verəcək və girovların azadlığa davam etməsinə imkan yaradacaq”, Stoltenberq deyib. Onun sözlərinə görə, NATO İsrail-Fələstin münaqişəsində heç vaxt aktiv rol oynamayıb, lakin hələ də regionda fəaldır.

“Biz münaqişənin potensial eskalasiyasından narahatıq”, deyə Baş katib əlavə edib.

Poliqon.info