Şotlandiya hökuməti 16-cı əsrdə edam edilmiş cadugərləri əfv etməkdən imtina edib

Şotlandiya hakimiyyəti 16-18-ci əsrlərdə cadugərlik ittihamı ilə edam edilmiş qadınların reabilitasiyası haqqında qanun qəbul etmək fikrində deyil...

Poliqon xəbər verir ki, bu barədə Şotlandiya hökumətinin sözçüsü The Times qəzetinə bildirib.

“Nazirlərin bu sahədə qanunvericilik planları yoxdur”, deyə sözçü bildirib.

The Times yazır ki, 2022-ci ildə regionda hakim Şotlandiya Milli Partiyasının üzvü Natali Don “cadugər ovu” qurbanlarının reabilitasiyası haqqında qanunun qəbulu üçün özəl təşəbbüslə çıxış edib. Sonra onun təklifi təkcə feminist təşkilatlar tərəfindən deyil, həm də Birinci nazir Nikola Sturgeonun başçılıq etdiyi Şotlandiya hökuməti tərəfindən dəstəklənib.

Mart ayından vəzifəyə başlayan Şotlandiyanın yeni Birinci nazir Həmzə Yusaf isə bu qanun layihəsinin qəbulunda maraqlı deyil. Nəşrin qeyd edir ki, Şotlandiya hakimiyyəti iqtisadi çətinliklər şəraitində belə bir qanun layihəsinin hazırlanmasının seçicilərə hökumətin prioritetləri barədə yanlış siqnal göndərəcəyindən ehtiyat edir.

Qeyd edək ki, protestant İslahatının ardınca qəbul edilən “Cadu Aktı” 1563-1736-cı illərdə Şotlandiyada qüvvədə olub. The Times qəzetinin yazdığına görə, bu müddət ərzində cadugərlikdə günahlandırılan 4 minə yaxın şotlandiyalı qadın işgəncə altında etiraf edərək edam edilib.

Poliqon.info